Abramoviçin həbs xəbəri təkzib olundu - Yenilənib

abramovicin-hebs-xeberi-tekzib-olundu-yenilenib
Oxunma sayı: 653

Məşhur iş adamı Roman Abramoviçin ABŞ-da saxlanıldığı haqda məlumat yayılıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Abramoviç ABŞ Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Məşhur biznesmenin saxlanılması bir neçə gün əvvəl vəfat etmiş rusiyalı oliqarx Boris Berezovski ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, Abramoviç dünyada ən varlı biznesmenlərdən biri sayılır. O, Çelsi klubunun da prezidentidir.

***
Xatırladaq ki, ötən il Londonda Boris Berezovski elə paytaxtda yaşayan digər bir Rusiyalı oliqarx Roman Abramoviçə məhkəmə çəkişməsini uduzmuşdur.

Berezovski Abramoviçi 2000 ildə “Sibneft” şirkətindəki payını gerçək dəyərindən xeyli ucuz satmağa məcbur etməsində ittiham etmişdi və iddiası təmin edilməmişdi.

Berezovskinin Abramoviçə iddiasının ümumi dəyəri 6 mlrd dollardan artıq idi.

***
Məşhur biznesmenin sözçüsü Con Mann "Rain" telekanalına açıqlamasında xəbəri təkzib edib. O, Abramoviçin hazırda ABŞ-da olduğunu və həbsi barədə yayılan informasiyaların doğru olmadığını bildirib..