Abramyanın qardaşının həbsi tələb edilir

abramyanin-qardasinin-hebsi-teleb-edilir
Oxunma sayı: 1752

Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyana qarşı ittiham irəli sürülüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Ermənistanın Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci bəndi ilə (qanunsuz silah, partlayıcı maddələr və döyüş vasitələrini əldə etmək, saxlamaq, daşımaq) günahlandırılıb.

Xüsusi İstintaq İdarəsindən verilən məlumata görə, müstəntiq artıq Abramyanın həbsinə dair məhkəməyə müvafiq ərizə təqdim edib. 

Qeyd edək ki, Henrix Abramyan Mxçyan kəndində Ambik Gevorkyanın adına rəsmiləşdirilmiş, ancaq Ovik Abramyana məxsus mexanika-təmir zavodnuda qeyri-qanuni silah saxlayıb.