ABŞ 114 rusiyalı siyasətçiyə sanksiya tətbiq etmək istəyir

abs-114-rusiyali-siyasetciye-sanksiya-tetbiq-etmek-isteyir
Oxunma sayı: 924

ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına düşə biləcək 114 rusiyalı siyasətçi və məmurların siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahı həmin şəxslərə qarşı sanksiya tətbiq edilməsi anlamına gəlməsə də, gələcək üçün bunun nəzərdə tutulduğundan xəbər verir. Bəzilərinə qarşı isə ABŞ artıq sanksiya tətbiq edib. 

Siyahıya demək olar ki, Rusiya prezident administrasiyasının bütün rəhbərliyi daxil edilib. 

Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov isə daha əvvəl bildirmişdi ki, “Kreml hesabatı” Rusiyadakı seçkiqabağı kampaniyaya birbaşa və açıq şəkildə təsir etmək cəhdidir.