ABŞ 2 gün sonra Qaşıqçının qatilinin adını açıqlayacaq

abs-2-gun-sonra-qasiqcinin-qatilinin-adini-aciqlayacaq
Oxunma sayı: 1693

ABŞ noyabrın 20-də jurnalist Camal Qaşıqçının qətli ilə bağlı “tam hesabat” dərc edəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu prezident Donald Tramp bildirib. O qeyd edib ki, hesabatda cinayəti törədənin adı açıqlanacaq:

“Çox dəhşətli hadisə baş verib – jurnalist qətlə yetirilib. İki gün ərzində tam hesabatımız açıqlanacaq. Bazar ertəsi də ola bilər, çərşənbə axşamı da”.