ABŞ 20 illik həsrətə son qoydu

abs-20-illik-hesrete-son-qoydu
Oxunma sayı: 1602

ABŞ-ın qadınlardan ibarət xokkey yığması Cənubi Koreyada keçirilən Olimpiya Oyunlarında final matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, finalda Kanada komandasına 3:2 (1:0, 0:2, 1:0, 0:0, 1:0) hesabı ilə qalib gələn ABŞ xokkeyçiləri Olimpiya çempionu olublar.

Bu, ABŞ qadın yığmasının 1998-ci ildən sonra ilk qızıl medalıdır. Bundan əvvəlki 4 Olimpiadanın hamısında Kanada komandası qalib gəlib.

Üçüncü yer uğrunda matçda Finlandiya yığması Rusiya komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiada-2018-in bürünc mükafatçısı olub.