ABŞ 21 diplomatını Kubadan geri çağırdı

ABŞ 21 diplomatını Kubadan geri çağırdı
Oxunma sayı: 491

ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər.

Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına da xəbərdarlıq edib:

“ABŞ vətəndaşları təhlükə altında ola bilər, biz onlara Kubaya getməmələri üçün xəbərdarlıq edirik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi