ABŞ 8 ölkəyə qoyduğu güzəşt müddətini uzatmayacaq

abs-8-olkeye-qoydugu-guzest-muddetini-uzatmayacaq
Oxunma sayı: 1286

ABŞ-ın daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddəti 2 mayda bitəcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev prezident Donald Trampın bu müddəti uzatmayacağını açıqlayıb:

“Bu qərarın əsas məqsədi İranın neft ixracını sıfıra endirmək və İran hökumətinin əsas gəlir mənbəyini məhdudlaşdırmaqdır. İran nefti bazardan çıxdıqdan sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qlobal tələbi qarşılayacaq. Bununla bağlı razılıq əldə etmişik”.

Qeyd edək ki, 5 noyabr 2018-ci ildə İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə minib və bu ölkə ilə əməkdaşlıq edən ölkələrə də eyni addımın atılacağı barədə xəbərdarlıq edilib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə 180 günlük güzəşt müddəti verilib.