ABŞ-a aid döyüş gəmisi ilə neft tankeri toqquşub - 10 əsgər itkindir

abs-a-aid-doyus-gemisi-ile-neft-tankeri-toqqusub
Oxunma sayı: 643

Sinqapur sahillərində ABŞ donanmasına aid döyüş gəmisi ilə neft tankeri toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 10 əsgər yoxa çıxıb, 5-i yaralanıb. 

Neft sızıntısının qeydə alınmadığı bildirilir. 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.