“ABŞ ağlını başına yığmalıdır” - Baş nazir

abs-aglini-basina-yigmalidir
Oxunma sayı: 1942

Türkiyə baş naziri Binəli Yıldırım ABŞ-la bağlı sərt çıxış edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yıldırım PKK/PYD/YPG-yə dəstək olan ABŞ-ın qərar verməli olduğunu vurğulayıb:

“Afrini terrordan təmizləyəcəyik. Kirli bazarlıq içində olmayacağıq. Uzun illərdir strateji ortağımız olduğunu düşündüyümüz ABŞ artıq ağlını başına yığıb qərar verməlidir. ABŞ terror təşkilatlarını yanına alıb terrorla mübarizə aparmağın dövlət ciddiyyəti ilə uyğunlaşmadığını görməlidir. Görərsə nə gözəl, görməzsə biz nə etmək lazımdırsa, onu etməyə davam edəcəyik”.