ABŞ analitiki Azərbaycan-İran münasibətlərini şərh etdi

abs-analitiki-azerbaycan-iran-munasibetlerini-serh-etdi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bu barədə "The Washington Times” qəzetinin analitiki Stiven Blankın məqaləsində deyilir. Müəllifin sözlərinə görə, buna yalnız ciddi səbəblərdən olan Azərbaycanın Amerika və İsraillə bağlı tutduğu mövqe deyil, Bakının etnik azərbaycanlıların yaşadığı İranın şimal-qərb hissəsini öz ərazisinə birləşdirmək təhlükəsi də daxildir. Müəllif qeyd edir ki, bura Tehranın ABŞ və İsrailin bu ölkəyə dəstəyi, həmçinin Azərbaycanın İrana qarşı aparılan əməliyyatlarda dayaq nöqtəsi ola bilməsi ilə bağlı qorxuları da daxildir: “İran həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın mübahisəsiz ərazisinin istilasını qəti dəstəkləyir. Öz növbəsində də Ermənistan müntəzəm olaraq BMT-də İran əleyhinə sanksiyalara qarşı səsvermədə iştirak edir. Xəzər dənizinin statusunun hüquqi nizama salınmasına mane olmaqla yanaşı, İran daima Azərbaycanı öz ərazisində Amerika bazasını yerləşdirəcəyi və İsraillə sıx əlaqələri səbəbindən müdaxilə ilə hədələyir”.
Səidə