ABŞ Assanjın tutulması üçün səbəb tapıb

ABŞ Assanjın tutulması üçün səbəb tapıb
Oxunma sayı: 601

ABŞ hökuməti “Wikileaks” yaradıcısı Culian Assanjın həbs olunması üçün rəsmi ittiham hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi “Wikileaks” və Assanj barəsində 2010-ci ildən araşdırma aparır.

Prezident Barak Obamanın hakimiyyəti dövründə baş prokuror və ədliyyə nazirliyinin nümayəndələri Assanja qarşı ittiham irəli sürməyin asan olmayacağını bildiriblər. Çünki ABŞ diplomatik xidmətinin oğurlanmış sənədlərini təkcə “Wikileaks” portalı çap etməyib.  

Telekanal qeyd edir ki, ittiham tərəfi Assanjın məsuliyyətə cəlb edilməsinin yeni üsulunu tapıb. Belə ki, müstəntiqlər “Wikileaks”in ABŞ Milli Təhlükəsizliyinin keçmiş əməkdaşı Eduard Snoudenin gizli sənədləri açıqlamasında fəal rol oynadığına sübutlar əldə ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi