ABŞ ballistik raketi sınaqdan keçirdi

abs-ballistik-raketi-sinaqdan-kecirdi
Oxunma sayı: 645

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, raket ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılıb.

Raket təxminən 6440 km uçub və Marşal adalarında Kvacaleyn atolluna zərbə yetirə bilib.