ABŞ Baş Prokurorluğu Assanja ittiham irəli sürdü

abs-bas-prokurorlugu-assanja-ittiham-ireli-surdu
Oxunma sayı: 847

ABŞ Baş Prokurorluğu “WikiLeaks” saytının qurucusu Culian Assanja qarşı ittiham irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Washington Post” məhkəmə sənədlərinə istinadən məlumat yayıb. 

ABŞ Ədliyyə Nazirliyinin Assanja qarşı ittiham irəli sürülməsinə dair məlumatı elan etməyi planlaşdırmadığı, lakin prokurorun köməkçilərindən birinin məqsədli şəkildə bu məlumatı açıqladığı bildirilir. 

Bu ittihamların Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı işdə də əhəmiyyətli rol oynayacağı deyilir. 

Qeyd edək ki, Culian Assanj 2012-ci ildən bəri Londondakı Ekvador səfirliyində sığınacaq alıb. Bununla da, “WikiLeaks” qurucusu “təcavüz və seksual təcavüz səciyyəli hərəkətlər etmək”də ittiham edildiyi İsveçə ekstradisiya edilməkdən qaçmağa çalışır. Assanjın əsas qorxusu İsveçin onu ABŞ-a deportasiya etməsidir. Belə ki, Dövlət Departamentinin gizli sənədlərini yaydığı üçün burada onu 35 il həbs və ya ölüm hökmü gözləyə bilər.