ABŞ BMT üçün ayırdığı fondu 285 milyon dollar azaldır - İlk cəza

ABŞ BMT üçün ayırdığı fondu 285 milyon dollar azaldır
Oxunma sayı: 996

Tarixi Qüds qərarından sonra ABŞ 2018-2019-cu ildə BMT üçün ayırdığı fondu 285 milyon dollar azaldır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley məlumat verib. O, bunu doğru addım olaraq qiymətləndirib: “BMT-nin təsir qüvvəsinin olmaması və ifrat xərcləmələri bildiyimiz durumdur. Bundan sonra Amerika xalqının comərdliyinin istismarına və ya nəzarətsiz qalmasına izn verməyəcəyik”. 

Qeyd edək ki, bununla yanaşı, ABŞ yenə də BMT-yə ən çox vəsait ayıran ölkələr arasında liderliyini qoruyur. 

Xatırladaq ki, ötən həftə BMT-də Qüdslə bağlı səsvermədən öncə prezident Tramp ABŞ-ın qərarına qarşı səs verəcək ölkələri iqtisadi yardımları kəsməklə təhdid etmişdi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi