“ABŞ bu hərəkətlə qırmızı xətti keçdi” - Rusiyadan bəyanat

abs-bu-hereketle-qirmizi-xetti-kecdi
Oxunma sayı: 3801

ABŞ rəsmiləri Sietl şəhərindəki Rusiyanın bağlanan konsulluq binasına giriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rus diplomatlar 29 martda toxunulmazlığı ləğv edilən və 2 apreldə fəaliyyəti dayandırılan konsulluğu 24 apreldə tərk etmişdilər.

Məlumata görə, ABŞ rəsmiləri binada axtarışlar aparıb.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bunu “məkana təcavüz” kimi dəyərləndirib və ABŞ-ın qırmızı xətti keçdiyini deyib.

“Qıfılı sındırdılar və Rusiya ərazisində istədiklərini etdilər. Bu aktı Rusiyaya qarşı düşmənçilik kimi dəyərləndiririk. Bu növ aktlar ikitərəfli münasibətlərin inkişafının, Rusiya və ABŞ xalqları arasındakı əlaqələrin, regional və qlobal təhlükəsizliyin güclənməsinin qarşısını alır”.