ABŞ bu il Əfqanıstandakı əməliyyatlara 48 milyard dollar ayırıb

ABŞ bu il Əfqanıstandakı əməliyyatlara 48 milyard dollar ayırıb
Oxunma sayı: 409

ABŞ Əfqanıstandakı hərbi əməliyyatlar üçün 2018-ci ildə 45 milyard dollar xərcləyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin köməkçisi Rendall Şrayver məlumat verib. Onun sözlərinə görə, təxminən 13 milyard dollar Əfqanıstanda ABŞ kontingentinin saxlanılmasına, 5 milyard əfqan hərbçiləri və təhlükəsizlik qüvvələrinə dəstək üçün ayrılacaq, 780 milyon dollar Kabilə iqtisadi yardım üçün xərclənəcək. Yerdə qalan məbləğ isə nəqliyyat və digər loqistik xərclər üçün nəzərdə tutulub. 

Senatorlar isə bir ildə bu qədər xərc çəkilməsi ilə bağlı narazılıqlarını gizləməyiblər. Onlar Donald Tramp administrasiyasının Kabillə danışıqlar masasına oturmaları üçün talibləri yola gətirməyi planlaşdırıb-planlaşdırmadığı ilə maraqlanıblar. ABŞ dövlət katibinin birinci müavini Con Sallivan bildirib ki, Kabildə törətdikləri terror aktlarına görə taliblərlə hazırda danışıqlar aparmaq niyyətində deyillər. 

Qeyd edək ki, hazırda Əfqanıstanda təxminən 15 min amerikalı əsgər yerləşib. 2001-ci ildən mübarizəyə qoşulan ABŞ indiyə qədər 680 milyard dollar xərcləyib. Bu müddət ərzində Əfqanıstanda 2,35 min amerikalı hərbçi ölüb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi