ABŞ bu ölkəyə 110 milyardlıq silah satacaq

abs-bu-olkeye-110-milyardliq-silah-satacaq
Oxunma sayı: 849

ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq hərbi müqavilələr imzalanıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

Ər Riyadda keçirilən mərasimdə ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillerson iştirak edib.

“Bu müqavilələr krallığın bütün region üzrə antiterror əməliyyatlarda iştirak imkanlarını genişləndirərək ABŞ hərbçilərinin bu sahədə üzərinə düşən ağırlığı yüngülləşdirəcək”,-deyə qeyd edilib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, müqavilələr ABŞ-da on minlərlə iş yerinin açılmasına kömək olacaq.   

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə əsasən ABŞ və Çindən sonra üçüncü yerdədir.