ABŞ Çeçenistanın hökumət sədrinin ölkəyə girişinə qadağa qoydu

abs-cecenistanin-hokumet-sedrinin-olkeye-girisine-qadaga-qoydu
Oxunma sayı: 824

ABŞ administrasiyası Rusiya Federasiyası Çeçenistan Respublikasının hökumət sədri Müslüm Xuçiyevin ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, Amerika hökuməti Xuçiyevlə yanaşı, onun xanımı Sapiyat Şabazovaya da sanksiya tətbiq edib. Buna səbəb kimi onların insan haqlarını kobud şəkildə pozmaları göstərilir.

“ABŞ Dövlət Departamenti Müslüm Xuçiyevin işgəncə faktına qarışması haqda etibarlı məlumata sahibdir”, - deyə administrasiyanın bəyanatında bildirilir.