ABŞ-Çin gərginliyindən sonra Bitkoin bahalaşdı

abs-cin-gerginliyinden-sonra-bitkoin-bahalasdi
Oxunma sayı: 831

Günlərdir ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə nəticələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Çində sərmayəçilər yuanı Bitkoin və digər valyutalara çevirirlər. 

Məlumata görə, kriptovalyutanın dəyəri son 24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib. 

Xatırladaq ki,  ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.

Çin hökuməti isə ötən gün iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək.