ABŞ Çin mallarına rüsumu artırdı

abs-cin-mallarina-rusumu-artirdi
Oxunma sayı: 662

ABŞ hökuməti mayın 10-dan etibarən təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu iki dəfədən çox artırıb.

“Qafqazinfo”nun “Röyters”ə istinadən xəbərinə görə, idxal rüsumu 10%-dən 25%-ə qədər qaldırılıb.

Rəsmi Pekin Vaşinqtonun bu addımına “dərindən təəssüfləndiyini” bildirib və bütün lazımi cavab tədbirlərinin görüləcəyini vəd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 5-də Çinlə aparılan ticari-iqtisadi danışıqların zəif getdiyini əsas gətirərək tariflərin mayın 10-da artırılacağını açıqlamışdı.