ABŞ Çin və Rusiyanı əsas kibercasus adlandırdı

abs-cin-ve-rusiyani-esas-kibercasus-adlandirdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Əks-kəşfiyyatının İdarəsinin 3 noyabrda dərc olunmuş hesabatında qeyd olunur.
“Kibersahədə ABŞ-ın iqtisadi sirlərini oğurlayan xarici casuslar” adı verilmiş sənəddə, sənaye casusluğu Amerika təhlükəsizliyinin əhəmiyyətli təhdidlərindən biri adlanır. Sənədi tərtib edənlər bildirirlər ki, onlarla ölkədən olan vətəndaşlar və şirkətlərin kəşfiyyat xidmətləri sənaye və yeni nailiyyətlər sahəsində vacib məlumatın oğurluğu məqsədi ilə casusluq fəaliyyətiylə məşğul olur.
Bu sahədə sənaye və iqtisadi casusluqla ən fəal Çinin məşğul olduğu açıqlanıb. Sənəddə qeyd edilir ki, saytlara haker hücumları baş verir, lakin bu hücumların arxasında kimlərin durduğunu əks-kəşfiyyat orqanları təyin edə bilmir.
Hesabatı tərtib ednlərin iddiasına görə, casusluq üçün kəşfiyyat xidməti ilə məşğul olan ölkələr arasında ikinci yerdə Rusiya gəlir. Bundan başqa, hesabatda qeyd olunur ki, ABŞ-ın müttəfiqləri olan bəzi Qərbi Avropa dövlətləri də vacib məlumatları oğurlayır. Lakin sənəddə bu dövlətlərin adı açıqlanmır.