ABŞ-da 32 mindən çox müəllim küçələrə axışdı - Kütləvi etiraz

abs-da-32-minden-cox-muellim-kucelere-axisdi
Oxunma sayı: 1115

ABŞ-ın Los-Anceles şəhərində Müəllimlər İttifaqı ilə Birləşmiş Məktəb Regionu arasındakı narazılıq kütləvi tətilə səbəb olub.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, iki qurum müəllimlərin maaşının artırılması, daha çox sinif rəhbəri və tibbi bacısı təyin edilməsi, daha kiçik siniflərin təşkil edilməsi kimi məsələlərdə razılaşma əldə etsə də, fond məbləği məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Bu səbəbdən 32 mindən çox müəllim və məktəb işçisi dərsləri boykot edərək kütləvi tətilə başlayıblar. Məktəblərə ehtiyat müəllimlərin cəlb ediləcəyi bildirilsə də, boşluğu aradan qaldırmağa kifayət etməyəcəyi qeyd edilib.

Qeyd edək ki, bu, Los-Ancelesdə 30 ildən sonra müəllimlərin ilk kütləvi tətilidir.