ABŞ-da 343 qəzet Trampa qarşı birləşdi

abs-da-343-qezet-trampa-qarsi-birlesdi
Oxunma sayı: 2446

ABŞ prezidenti Donald Trampın dəfələrlə medianı təhqir etməsinə cavab olaraq 343 qəzet birləşərək ortaq mövqe nümayiş etdiriblər.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, “Boston Globe” media holdinqinin çağırışı ilə həmin qəzetlər bugünkü nömrələrində Trampın sözlərinə cavab yazıları yayımlayıblar.

“Post-Dispatch” qəzeti jurnalistləri “Vətənsevərlərin ən düzgün olanları”, “Chicago Sun Times” qəzeti amerikalıların Trampın axmaqlıqlarının fərqində olduğunu, “N.C Observer” qəzeti “Nəfəsimizi saxlamayacağıq” kimi başlıqlar istifadə ediblər.

Qeyd edək ki, Tramp ABŞ mediasını yalan xəbər istehsal mərkəzi, jurnalistləri isə “xalq düşməni” adlandırmışdı.