ABŞ-da atışma - Bir neçə polis yaralandı

abs-da-atisma
Oxunma sayı: 1194

ABŞ-ın Kolorado ştatında atışma zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5.13-də baş verib.

Polislər məişət münaqişəsi barədə daxil olan məlumatla əlaqədər çox mənzilli yaşayış evinə gəlib. İstintaq tədbirləri zamanı atışma baş verib, bir neçə polis yaralanıb.

Polislərin vəziyyəti və mülki şəxslərin xəsarət alması barədə hələlik məlumat verilmir.