ABŞ-da atışma oldu, yaralılar var

abs-da-atisma-oldu-yaralilar-var
Oxunma sayı: 1029

ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində atışma olub.

“Qafqazinfo” “RİA novosti”yə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb, onların vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs bir nəfər olub. İnsidentin səbəbi bilinmir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şahidlərin ifadələrini dinləyir, müşahidə kameraları incələnir.