ABŞ-da aviareys siçana görə ləğv edilib

abs-da-aviareys-sicana-gore-legv-edilib
Oxunma sayı: 1502

"Alaska Airlines" aviaşirkətinə aid reys təyyarənin göyərtəsindəki siçana görə ləğv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Oklend beynəlxalq aeroportundan havaya qalxmağa hazırlaşan təyyarənin göyərtəsində son anda siçanın qaçdığı görünüb. Onu tutmaq mümkün olmadıqda uçuş ləğv edilib. 

Sərnişinlərə isə digər reys üçün biletlər verilib.