ABŞ-da banka silahlı hücum - 5 nəfər öldü + Fotolar + Video

abs-da-banka-silahli-hucum
Oxunma sayı: 1442

ABŞ-ın Florida ştatının Sebrinq bölgəsindəki “SunTrust” adlı banka silahlı hücum edilib.

“Qafqazinfo” “Usa Today” nəşrinə istinadən xəbər verir ki, basqın 21 yaşlı Zefen Xaver adlı şəxs tərəfindən törədilib.

O, öncə bankdakı işçiləri və müştəriləri girov götürüb. Polisin bütün danışıq cəhdlərinə baxmayaraq silahlı şəxs girovları buraxmayıb və 5 nəfəri öldürüb.

Polislərin keçirdiyi əməliyyat nəticəsində cinayətkarı yaxalamaq mümkün olub.

Hücumun hansı məqsədlə edildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.