ABŞ-da daha bir “11 sentyabr” baş verdi - Video

abs-da-daha-bir-11-sentyabr-bas-verdi-video
Oxunma sayı: 638

Bostonda baş vermiş partlayışlar nəticəsində üç nəfər həlak olub, 144 nəfər isə yaralanıb. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

NBC News telekanalının saytı yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, Bostonun polis əməkdaşları şəhərdə "çoxsaylı (zərərsizləşdirilməmiş) partlayıcı qurğular" aşkar ediblər.

Birinci partlayış yerli vaxtla təxminən saat üçdə Boylston küçəsinin şimal hissəsində finiş xəttinin yanında baş verib. Bu zaman 15-dən 20-ə qədər insan yaralanıb.

Bir neçə saniyə sonra Bostonun həmin ərazisində ikinci partlayış baş verib.

Boston polisi faktı təsdiq edib. Yaxınlıqda yerləşən binalardakı insanlar hüquq-mühafizə orqanları tərəfindən təxliyə olunub.