“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya əyalətində silahlı şəxs 3 nəfəri öldürüb. Hadisə yerinə polisin gəlməsi ilə baş verən insident daha da genişlənib. Silahlı təslim olmayaraq polislə atışmaya girib və 3 polis məmurunu ağır yaralayıb.
Frankston qəsəbəsində baş verən hadisə zamanı silahlı şəxs 3 polisi yaraladıqdan sonra yük avtomobili ilə qaçmaq istəyərkən öldürülüb. Öldürülən 3 şəxslə qatilin heç bir konfilikti olmayıb. ABŞ polisi baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, Amerikada sonuncu dəfə məktəbdə baş verən silahlı insident zamanı 27 uşaq öldürülüb.