ABŞ-da dəhşətli qasırğa sahilə çatdı - Böyük təxliyyə başladı

abs-da-dehsetli-qasirga-sahile-catdi
Oxunma sayı: 2312

ABŞ-da bir neçə gündür anonsu verilən “Florens” qasırğası artıq sahilə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda saatda 215 km sürətlə hərəkət edən qasırğa okeanda nəhəng dalğalar yaradır.

ABŞ Milli Qasırğa Mərkəzindən qasırğanın sabah yaşayış məntəqələrinə çatacağı və şənbə gününə qədər təhlükəli olacağı bildirilib.

Artıq Cənubi Karolina, Şimali Karolina və Virciniya ştatlarında 1,7 milyon insan təxliyyəsinə start verilib. Növbəti 2 gündə isə məktəblərdə dərslərin dayandırılması barədə göstəriş verilib.

Çölə çıxa bilməyəcəyi üçün minlərlə insan supermarketlərə axışaraq bir neçə günlük qida ehtiyaclarını alıblar.

Qeyd edək ki, bu qasırğanın 1989-cu ildə Şimali Karolinanı dağıdan Huqo qasırğasından daha güclü olacağı bildirilir.

Huqo qasırğası həmin il 49 nəfərin ölümünə səbəb olmuşdu. Şəhərə dəyən ümumi ziyanın məbləği isə 7 milyard dollar olub.