ABŞ-da dəhşətli statistika - 9 aya 11 min 652 nəfər öldürülüb

ABŞ-da dəhşətli statistika
Oxunma sayı: 812

Xəbər verdiyimiz kimi, dünən axşam ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı 50 nəfərin ölümünə, 406 nəfərin yaralanmasına səbəb olan terror hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu, ABŞ tarixinə də ən qanlı terror hadisəsi kimi də düşüb.

Son zamanlar bu ölkədə silahla törədilən cinayətlərin sayı artdığı üçün silah əldə etməyin asan olması yenidən gündəmə gəlib. Belə ki, bir çox silah növlərinin hətta supermarketlərdə də satıldığı ABŞ-da 18 yaşından böyük hər kəs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə silah ala bilir.

“Gun Violence Archive” adlı qurum ABŞ-da, 2017-ci ilin yanvar-sentyabr ayları aralığında 46 min 593 silahlı cinayətin törədildiyini açıqlayıb. Bu hadisələrdə 11 min 652 nəfər ölüb, 23 min 512 nəfər isə yaralanıb. Ölənlərdən 545-i uşaq oub.

Bundan başqa, silahla 273 kütləvi ölüm hadisəsi qeydə alınıb.

9 ay ərzində silahla 22 min intihar hadisəsi də baş verib ki, bunlar statistikaya daxil edilməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi