ABŞ-da diplomat oyun oynayarkən eyvandan yıxılaraq ölüb

abs-da-diplomat-oyun-oynayarken-eyvandan-yixilaraq-olub
Oxunma sayı: 1038

Avstraliyalı diplomat Culian Simpson ABŞ-da oyun zamanı dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı diplomat eyvandan yıxılaraq ölüb. Məlumata görə, Simpson həyat yoldaşı və dostları ilə içki içib, Əylənmək üçün oyun oynayıb. İçkili vəziyyətdə eyvana çıxan diplomat müvazinətini itirərək 7-ci mərtəbədən yıxılıb. Polis oyunun mahiyyətini açıqlamasa da, diplomatın "güvən oyunu"na həvəsi olduğunu təsdiqləyib.

Aysel Kərimova