ABŞ-da “F-16” qəzaya uğradı

abs-da-f-16-qezaya-ugradi
Oxunma sayı: 957

Ohayo ştatının Dayton şəhərində ABŞ Hava Qüvvələrinə məxsus “F-16” təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sabah keçirilməsi planlaşdırılan nümayişə hazırlanan təyyarə yerə enərkən qəza edib və tərs çevrilib.

Hadisə nəticəsində təyyarənin iki pilotu xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın qatı duman səbəbindən baş verdiyi bildirilir.