ABŞ-da fövqəladə vəziyyət elan edildi

abs-da-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 1243

Vaşinqton meri Myuriel Bouzer Atlantik okeanından yaxınlaşan “Florens” qasırğası səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa səbəbindən 1 milyon insanın təxliyəsinə qərar verilib.

Saatda 210 kilometr sürəti olan “Florens”ə görə Şimali və Cənubi Karolina, Virciniya ştatlarında da fövqəladə vəziyyət rejimi tətbiq edilib.