ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı rəsmi - Açıqlama

abs-da-hebs-olunan-azerbaycanlilarla-bagli-resmi
Oxunma sayı: 8646

ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır.
 
Bunu “Qafqazinfo”ya açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib. Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.