ABŞ-da hərbi helikopter qəzaya düşdü - 5 hərbçi itkin düşdü

abs-da-herbi-helikopter-qezaya-dusdu
Oxunma sayı: 639

ABŞ-a məxsus “UH-60 Black Hawk” tipli hərbi helikopter Havay adalarının yaxınlığında qəzaya düşüb.

“Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində 5 hərbçi olub. Onların taleyindən xəbər yoxdur.

Qeyd olunur ki, helikopterin qalıqları Oahu adası yaxınlığında aşkarlanıb.

Hazırda hərbçilərin axtarışı aparılır.