ABŞ-da hərbi reaktiv təyyarə qəzaya düşüb

abs-da-herbi-reaktiv-teyyare-qezaya-dusub
Oxunma sayı: 663

ABŞ-da səsdən iti ucan reaktiv təlim təyyarəsi “T-38 Talon” qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Texas ştatındakı Laughlin aviabazası yaxınlığında baş verib. 

İkiyerlik təyyarədəki pilotların taleyindən xəbər yoxdur. 

Hadisə yerində fövqəladə yardım mütəxəssisləri çalışırlar.