ABŞ-da hərbi təlim zamanı insident - 15 hərbçi yaralanıb

ABŞ-da hərbi təlim zamanı insident
Oxunma sayı: 333

ABŞ-ın Kaliforniya ştatındakı hərbi bazada təlim zamanı insident yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla 9.30-da (Bakı vaxtı ilə 20.30-da) qeydə alınıb. Təlim zamanı amfibiya maşın yanmağa başlayıb. Nəticədə dəniz piyadalarının 15 hərbçisi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

San-Dieqo şəhəri yaxınlığındakı hərbi bazada 42 min hərbçi xidmət göstərir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi