ABŞ-da iki məşhur qaradərili reper öldürülüb

abs-da-iki-meshur-qaraderili-reper-oldurulub
Oxunma sayı: 2185

Jimmy Vopo ləqəbi ilə tanınan reper Treyven Smart Amerikada öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, Pittsburq şəhərində 21 yaşlı Voponun maşını gülləbaran edilib. Repçi və yanında olan bir nəfər xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Musiqiçinin meneceri feysbukda xəbəri təsdiqləyərək hadisədən sarsıldığını qeyd edib: “Mən qardaşımı itirdim və bu dünyada ən pis hissdir. O, öz dostlarına, ailəsinə, cəmiyyətə hər şeyin yaxşısını arzu edirdi”.

Qeyd edər ki, ötən gün daha bir repçi- XXXTentacion ləqəbli Casey Dueyn Onfroy da oxşaq şəkildə öldürülüb. Florida ştatında baş vermiş hadisə zamanı reper öz maşınında güllələnib. O da xəstəxanada dünyasını dəyişib.

Aysel Kərimova