ABŞ-da iki qatar toqquşdu - 2 ölü, 70 yaralı + Yenilənib

ABŞ-da iki qatar toqquşdu
Oxunma sayı: 780

ABŞ-ın Cənubi Karolina ştatında iki qatar toqquşub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Nyu-York-Mayami səfərini həyata keçirən “Amtrak” sərnişin qatarı “CSX” yük qatarı ilə toqquşub.

Hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 50 nəfər xəsarət alıb. 

Qeyd olunur ki, “Amtrak”ın içərisində 139-u sərnişin olmaqla 147 nəfər olub.

***

Hadisə ilə bağlı növbəti açıqlama verilib. Bildirilib ki, qəza nəticəsində 70 nəfər yaralanıb.

Ötən il həmin şirkətə məxsus başqa bir qatar da qəzaya uğramış, hadisə nəticəsində 3 nəfər ölmüş, 100-dən çox sərnişin yaralanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi