ABŞ-da ilk dəfə müsəlman qadınlar Konqresdə - “Seçkiyə oğullarım üçün girdim”

abs-da-ilk-defe-muselman-qadinlar-konqresde
Oxunma sayı: 1338

ABŞ-da ötən gün baş tutan aralıq seçkilərində ilk dəfə olaraq iki müsəlman qadın Nümayəndələr Palatasına girməyi bacarıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ tarixində ilkə imza atan qadınlar Miçiqan əyalətindən seçkilərə qatılan Fələstin əsilli Tlaib və Minnesota əyalətindən seçkilərə girən Somali əsilli Omardır. Hər ikisini birləşdirən ortaq cəhət prezident Donald Trampın qaçqın və müsəlmanlar əleyhinə çıxışlarına müxalif olmaqlarıdır.

Seçki öncəsi ABŞ mediasına reportaj verən Rəşidə Tlaib “Məqsədim Konqresdə göstəriş deyil, hər kəsə söylədiyim kimi dövlət xidməti kimi təsirli bir yolla İslamı təmsil etmək istəyirəm” ifadəsini işlədib. 

Detroytda fələstinli ailədə dünyaya gələn və sosial xidmət mütəxəssisi olan 42 yaşlı Tlaib ailədə 14 uşağın ən böyüyü olub. 2008-ci ildə Miçiqanın ilk müsəlman qadın əyalət məclisi üzvü seçilib. 

Tlaib Trampın müsəlman ölkələrinin vətəndaşlarına təsir edən mübahisəli səyahət qadağası kimi siyasətlərinə qarşı çıxmaq üçün Konqres yarışlarına girdiyini bildirib:

“Seçkiyə tarixi bir hadisə olsun deyə qatılmadım. Ədalətsizliklər üçün, müsəlman kimliklərini və buraya aid olub-olmadıqlarını mühakimə edən oğullarım üçün girdim. Əsla kənarda gözləyən biri olmadım”

Somali əsilli Ilhan Omar Nümayəndələr Palatasının başıbağlı ilk müsəlman qadın üzvüdür. ABŞ-a 12 yaşında gedən və daha əvvəl 4 il Keniyada qaçqın düşərgəsində yaşayan Omar əsas məqsədinin Trampın miqrant siyasətinə qarşı durmaq, silah nəzarəti kimi siyasəti müdafiə etmək olduğunu bildirib.

Omar yarışı qazandıqdan sonra ilk çıxışında “Bu zəfər o qaçqın düşərgəsindəki 8 yaşlı uşağındır. Bu zəfər uşaq yaşda evliliyə məcbur edilən gənc qadın üçündür. Bu zəfər yuxuların sərhədi olduğunu söyləyən hər bir insan üçündür” sözlərini işlədib.