ABŞ da jurnalistin axtarışına qoşuldu - “Kimin etdiyini tapacağıq”

abs-da-jurnalistin-axtarisina-qosuldu
Oxunma sayı: 1098

Prezident Donald Tramp jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar növbəti açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp ABŞ-dan olan müstəntiqlərin də olaya daxil olduğunu, məsələ ilə yaxından maraqlandıqlarını deyib: 

“Belə bir hadisənin bir jurnalistin və ya hər hansı bir insanın başına gəlməsinə izn verə bilmərik. Sonuna qədər gedəcəyik. Kimin etdiyini tapacağıq. ABŞ olmadan Səudiyyə Ərəbistanı ola bilməz, onları qorumaq üçün milyardlar xərclədik. Bu işi həll edəcəyik”. 

ABŞ lideri olayın araşdırılması üçün Trükiyə və Səudiyyə hökuməti ilə birgə çalışdığını vurğulayıb.