ABŞ-da kişi 5 nəfəri güllələyib intihar etdi

abs-da-kisi-5-neferi-gulleleyib-intihar-etdi
Oxunma sayı: 773

ABŞ-da silahlı insident 6 nəfərin ölümü ilə nəticələnib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, olay Kaliforniya ştatının Beykersfild şəhərində baş verib. Həyat yoldaşı ilə nəqliyyat şirkətinin ofisində növbə gözləyən kişi orada başqa müştəri ilə mübahisə edib və bu zaman ətrafa atəş açmağa başlayıb. Nəticədə arvadı, mübahisə etdiyi şəxs və başqa müştəri ölüb. Məlumata görə, daha sonra kişi yaşayış binasının qarşısında 2 nəfəri güllələyib, uşaq və qadın olan bir avtomobili oğurlayıb. Polislərin onu təqib etdiyini görən kişi qaça bilmədiyinə görə özünü güllələyib.

Aysel Kərimova