ABŞ-da maşın piyada keçidinə çırpılıb - Ölən və yaralananlar var

abs-da-masin-piyada-kecidine-cirpilib
Oxunma sayı: 637

ABŞ-ın Cənubi Dakota ştatının Alçester şəhərində avtomobil piyada keçidinə çırpılıb.

“Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, sürücü də daxil olmaqla 8 nəfər xəsarət alıb. 

İnsident şəhər reabilitasiya mərkəzinin yaxınlığında baş verib.

Polis hadisənin qəsdən törədildiyini hesab etmir.

Faktla bağlı araşdırmalar aparılır.