ABŞ-da millət vəkilləri qəzaya düşdü - Ölən və yaralanan var

ABŞ-da millət vəkilləri qəzaya düşdü
Oxunma sayı: 894

ABŞ-ın Virciniya ştatında Respublikaçılar Partiyasının millət vəkillərini daşıyan qatar zibil daşıyan yük maşınına çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata görə, deputatlar partiyanın iclasına gedərkən qəzaya düşüblər.

Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.

Araşdırma aparılır.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi