ABŞ-da müsəlmanlar ilk dəfə yəhudilərdən irəli keçdilər

abs-da-muselmanlar-ilk-defe-yehudilerden-ireli-kecdiler
Oxunma sayı: 651

“Azerimuslims.com” xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın mərkəzi və cənub ştatlarında əhalinin dini baxımdan siyahıya alınması nəticəsində müsəlmanların sayının artdığı müəyyən edilib.

Siyahıya alma ilə bağlı açıqlanan hesabatda 2000-ci ildə ölkədə 1 milyon müsəlmanın yaşadığı halda hazırda bu göstəricinin 2,6 milyondan çox olduğu qeyd olunub. Habelə hesabatda son rəqəmlərə görə, ölkədə yaşayan müsəlmanların sayına görə ilk dəfə yəhudiləri geridə qoyduğu öz əksini tapıb.

Amerika Dini Qurumlar Statistika Dərnəyinin açıqlamasında aparılan araşdırmalar nəticəsində ölkədəki xristianların sayında geriləmə müşahidə edildiyi bildirilib. Dərnəyin açıqlamasına görə, araşdırmalar nəticəsində 158 milyon amerikalının ateist olduğu müəyyən edilib.