ABŞ-da növbəti “11 sentyabr” təhlükəsi - Terror planı ələ keçdi

abs-da-novbeti-11-sentyabr-tehlukesi
Oxunma sayı: 1529

Amerika xüsusi-xidmət orqanlarında ABŞ-da 2001-ci ilin sentyabrın 11-də baş verən terror aktı kimi irimiqyaslı terror planlaşdırıldığına dair informasiya var.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxışı zamanı bəyan edib. 

Dyukun sözlərinə görə, kəşfiyyat xidmətində olan məlumata görə, terrorçular növbəti hücum üçün də sərnişin təyyarəsindən istifadə etmək niyyətindədir.