ABŞ-da ölən pianoçumuz Bakıda dəfn ediləcək

abs-da-olen-pianocumuz-bakida-defn-edilecek
Oxunma sayı: 1608

Tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki,Azərbaycanın prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər.

Qeyd edək ki, Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.