ABŞ-da orta məktəbdə qətliam - 17 ölü + Video + Yenilənib

abs-da-orta-mektebde-qetliam
Oxunma sayı: 3709

ABŞ-ın Florida ştatının Parkland şəhərindəki Stonmen Duqlas liseyinə naməlum şəxs tərəfində silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs qarşısına çıxana atəş açıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 şagird ölüb, 50-dən çox şagird isə yaralanıb.

İnsident yerinə çoxlu sayda polis və təcili yardım cəlb edilib. Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır.

***

ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.

Qafqazinfo RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə Brovard dairəsinin şerifi Skot İsrael bildirib.

O, öldürülənlərdən 12-nin məktəbin binasında, daha 3-nün isə küçədə qətlə yetirildiyini vurğulayıb.