ABŞ-da polis güllələnib

abs-da-polis-gullelenib
Oxunma sayı: 642

ABŞ-ın Delaver ştatında baş verən atışma nəticəsində yaralanan polis əməkdaşı ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Assciated Press” məlumat yayıb.

İnsident Bear şəhərindəki ticarət mərkəzində baş verib.  Polis dayanacaqdakı avtomobilə yaxınlaşan zaman içərisindəki sərnişin əlində silah çıxaraq atəş açıb. Silahlı şəxs hadisə yerindən qaçıb. Digər sərnişin isə saxlanılıb.

Hadisə yerində yaralanan polis xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatının xilas etmək mümkün olmayıb.

Təhlükəsizlik qüvvələri cinayətkarı yaşadığı evdə mühasirəyə alıblar. Hazırda onun təslim olması üçün danışıqların aparıldığı bildirilir.